A pro-Iranian news website deyerler.org beat out RFE/RL’s azadliq.org from the leading news source position in Azerbaijan.

According to Alexa ratings (Alexa Internet, Inc. An Amazon.com Company) Deyerler.org, a religious (subsequently tendencious) website is in 20-th place, RFE/RL’s Azerbaijani service website, whose professional code requires an objective, impartial news coverage is on 41-st in the target region.  In Iran and some Central Asian states, RFE/RL’s language websites’ rating is even worse.

Read the rest of this entry »

Two pieces of media report may indicate how far Iranian and other Middle East emissaries have gone in Azerbaijan, how this factor is underestimated and how the country lacks an independent media.

A recent study in Azerbaijan, a country which established the first Western type parliament in Muslim orient back in 1918, discovered that more than half of young people prefer establishing the Sharia, Islamic law.

Azadlyq, a popular opposition newspaper, immediately attacked the study,  accusing its organizers in collaboration  with the authoritarian government, without providing any visible proof.

The study was conducted by Baku-based independent Adam Center for Public Opinion Research, supported by the National Endowment for Democracy, a Washington D.C-based non-profit organization and FAR CENTRE, local reputable think-tank, carrying out the economic and political research on transition to democracy.

According to the study released in June, but conducted in 2009 among respondents between18-30, 53 percent of them prefers establishing the Sharia law in country.

In other news, last month a few more Azerbaijani banks, some with Iranian shareholders, announced that their services will be based on Sharia, following Kovser Bank’s earnings report, which claims that introducing the Sharia rules years ago doubled the income. Saudis are minority shareholders at the bank.

The fact is that Azerbaijan is a secular state under Constitution article 18 and 48. The development was almost unnoticed by mainstream media. I couldn’t find any media that gave in-depth coverage of this trend for many years. Read the rest of this entry »

1987-88 . “Gənclik” jurnalındakı bir məqaləmi çıxmaqla azərbaycandilli mediada bir kəlmə çap elətdirə bilmirəm. Yazılarım yalnız “Molodyoj Azerbaydjana” qəzetində çıxır.

1989. Daşnakların həyasızlığı şiddətlənməkdədi. Azərbaycandilli media susur.  Problemləri işıqlandırmağa çalışan yeganə “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru işdən çıxarılıb.

Nəcəf Nəcəfov Tərcümə Mərkəzində Aydın Məmmədovun kabinetində iclas çağırır.  Gələcəkdə Azadlıq qəzetində görmək istədiyi kollektivin 20-yə yaxın üzvünü bir-biri ilə tanış edir. Qəzetin nizamnaməsini və texniki xarakterli başqa bir sənədi müzakirəyə çıxarır.  Orda həmin sənədlərə təkliflərimizi veririk. Məncə, Səfər Alışarlıdan başqa hamı yekun layihəyə səs verir.

1989, dekabr – 1990 yanvar. Qəzetin ilk 4 nömrəsinin çıxmasında iştirak edirəm. Daim redaksiyada oturan, deyəsən yalnız Bahar Türkel idi – makinaçı. Bir də ola bilsin, Elçin Məmmədov – yaxşı yadıma gəlmir. Kömək eləyən də nə qədər desən: Arif  ƏIiyev, Vaqif Səmədoğlu, Ədalət Tahirzadə, Rauf Mirqədirov… Bir illik fasilədən sonra 1991-in yazından 93-ün yazına qədər yenə Azadlıqda çalışdım. Nədənsə o 4 nömrənin yeri mətbuat tarixində tam başqadı. Read the rest of this entry »

Bu şəkli Güllü Cahangirdən oğurlamışam

Neçə ildi…

“Ay nə Elçinin yeriydi…” “Elçin burda olaydı…” Son 14 ildə dost-tanış bu sözü dəfələrlə məndən eşidib.  Birisi rola girəndə, birisi səmimilik iddisında olub münasibətlərə siyasət qatanda, birisi  gördüyünü görməməzliyə vuranda, birisi quyruq bulayanda və ya ağciyərlik eləyəndə deyirəm ay nə Elçinin yeriydi bunların dərsini verəydi.  Düzdü, mən də aşkarlıq tərəfdarıyam, amma bu məsələdə Elçin qədər dərinə getmək ağlıma belə gəlməz və bu, içi mən qarışıq hər adamın işi deyil. Bu özəlliyinə görə olsa-olsa Okan Bayülgəni Elçinlə müqayisə eləmək olar. Və 1998-ci ildə Okan Bayülgənin verilişlərinə ilk dəfə baxdığım vaxtlardan indiyəcən beynimdə dolaşırdı ki, başım açılanda Elçin haqqında yazacam. Göstərəcəm ki, bizim  cəmiyyətdə də papaq altında oğullar var.

***

Mərkəzi qərargahı Parisdə olan yepyekə bir təşkilat var. Sərhədsiz jurnalistlər. Nə qədər də üzvü. Amma az-çox bələd olduğum bu dünyada cəmi iki sərhədsiz jurnalist tanıyıram. Elçin Səlcuq və Okan Bayülgən. Read the rest of this entry »

-Sən Ayısan? (Siz Ayısınız?)

-Yox, Öküzəm.

Dünyanın bir nömrəli işgüzar kanalı saydığım CNBC televiziyası aparıcısının Amerikanın məşhur bir sərmayəçisinə verdiyi bu suala da,  aldığı cavaba da paxıllığım tutdu. Bu ölkənin mediasında çalışanlar necə xoşbəxtdirlər.  Gəlib yaxalarından tutan yoxdur ki, ayı nədi, öküz nədi… Bura ciddi yerdir. Sən filan-filan uğurlardan danış, ölkəmizi dünyada layiqincə təbliğ elə! Özündən hoqqa çıxarma! Sənə nə deyirlər onu elə! Bir də belə qələt eləsən … Yox, CNBC-də çalışanın da, onu yönədənin də belə  şeylər heç yuxusuna girməz. Paxıllığım tutur. (Mənə deməyin ki, niyə paxıllığın tutur, sən də Amerika mediasında çalışıbsan… Yox, bu başqa söhbətdir. Amerikalıların bizlər və ya əfqanlar üçün yaratdığı media uzaqbaşı Danabaş kəndinin məktəbinə oxşayacaq. Uzağı Danabaş müəllimi kimi gəlib  deyəcəklər ki, bala, burda səhv dedin, at tüklüdü, yox, “bədəni atın örtülübdürrr tük ilə”. Sözüm onda deyil. İmportnı mollaların və avtoritarizm qullarının qulağından uzaq bir yer tapsam bu barədə geniş danışaram.) Read the rest of this entry »

  • 1-ci misal:

“Qızlarımızin geyimini necə gormək istərdiniz?” …nənələrimizin, babalarımızın örnəkləri… AzTV-yə nisbətdə fərqli mövzu axtarması ilə bir xeyli  başbilənin saqqızını oğurlayan İTV-nin mövzusu bu idi. Bir-iki yubka gödək, açıq göbək, büllur buxaq, ayna qabaq… nəsə köhnə Azərbaycan Mollası Pənah məni lap yoldan çıxardı (o da babamız olub).

Təzədən başlayım. Hə, İTV Bakı küçələrindən bir-iki “ədəbsiz geyim nümunəsi” göstərdi, milli geyimlərin gərəkliyi barədə bir-iki folklorşünas alim fikri, bir-iki ağsaqqal öyüdü,  səsləndirdi. Bir sözlə, geyimdə milliliyin əhəmiyyəti, rolu, sükanı və sairlə dolu zırıltı bir süjet. Sonda da milliliyimizi qorumaq, nənələrimizin, babalarımızın yolunu tutmaq… barədə aparıcının  ənənəvi çağrışları.  Bircə geyim senzurası söhbəti qaldı ki, inşallah “zəhmətkeşlərin xahişi ilə” o da olacaq. Read the rest of this entry »

Efirdə  ingiliscə xəbərlər proqramıdı

Amma onun içində xəbər yoxdu. Çünki söhbət AzTV-dən gedir. Rəsmi mərasimlərdən  görüntüləri bir yerə yığıb təbliğat yapmaq cəhdləri var. Və şübhə eləmirəm ki, onu hazırlamaq sifarişi verən  məmurlar  ingiliscə su kimi içən əla kadrları tapıntı sayıblar, bu yayımın “dövlətçiliyə xidmət” elədiyini deyərək  onu  müasir veriliş sayıblar.

Mənim işim məmurlarla deyil

Məmur hər  yerdə məmurdu.  Bir dəfə qərbin bir media orqanındakı kiçik bir menecer (və ya məmur , briqadir – kim nə cür xoşlayır elə desin) sevinə-sevinə gəldi ki, hökumət mediasında çalışan bir yaxşı jurnalist tapmışam. Gətiridyi arument də bu idi ki, hardansa tapılan bu muncuq İngiliscəni ana dili kimi bilir.  Ingiliscə peşədimi ya?

Məsələnin canı başqadı

Niyə ərəblər dünyanı görəndən sonra ortaya Əl-Cəzirə çıxır, azərbaycanlı balalar xaricdə oxuyub qayıdanda – AzTV-nin ingiliscəsi. Read the rest of this entry »

Follow

Get every new post delivered to your Inbox.